1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Nelson Bonilya olmasın, Nurlan Novruzov olsun
Azərbaycan Premyer Liqasında son 2 mövsümün bombardirləri hazırda komanda yoldaşıdırlar. Sportnet.az-ın məlumatına görə, bunlar "Zirə”nin hücum xəttini təşkil edən Nelson Bonilya ilə Nurlıan Novruzovdur.
Bonilya hazırda 10 qolla lider olsa da, onun sonda bombardir olacağı hələ dəqiq deyil. Amma 26 yaşlı salvadorlu hücumçunun məhsuldarlığını nəzərə alsaq, debüt mövsümünü keçirdiyi çempionatımızda ən sərrast oyunçu olma şansı böyükdür.
Novruzov isə ötən mövsüm "Bakı”nın heyətində keçirdiyi 30 oyunda 15 qol vuraraq bombardirlər yarışında inamla qalib gəlib. O, ən yaxın izləyicisi olan "Simurq”un serbiyalı hücumçusu Draqan Çeranı 3 qol üstələyib. Ancaq Nurlan cari mövsümdə şərəfini qoruduğu "Zirə”də məhsuldarlıq nümayiş etdirə bilmir. Təsadüfi deyil ki, 23 yaşlı hücumçu yeni klubunda qol hesabını qış fasiləsinədək aça bilməyib. Novruzovun vurduğu hər 2 qol üçüncü dövrəyə, Zirədəki oyunlara təsadüf edib. O, əvvəlcə "İnter”lə ev matçının (2:1) 86-cı dəqiqəsində qələbə topunun müəllifi olub. Son turda isə hücumçu AZAL-a 4:2 hesabı ilə qalib gəldikləri matçın son saniyələrində - 90+3-cü dəqiqədə rəqib qapısına yol tapıb.
Əlbəttə, Novruzovla Bonilya arasında qol sayında fərq böyük olduğundan, göstəriciləri müqayisəolunmazdır. Maraqlısı odur ki, Nurlan fərqləndiyi matçlarda Nelson meydanda olmayıb. Novruzov "İnter”lə oyunda qələbə topunu vurduğu zamanı Bonilya artıq əvəzlənmişdi. AZAL-la matçın 90+3-cü dəqiqəsində qola imza atarkən isə Nelson ümumiyyətlə, heyətdə yox idi. Çünki salvadorlu hücumçu sarı vərəqə limtini aşdığından, cəzalı duruma düşmüşdü.
"Zirə”də AZAL-ın qapısına yol tapanlardan Elvin Məmmədov qol hesabını açıbsa, serbiyalı müdafiçi Yovan Krneta 3-cü qolunu vurub. Kapitan Rəşad Abdullayevin isə hesabında artıq 4 qol var. Özü də təcrübəli yarımmüdafiəçi adətən keçmiş komandalarını məyus edib. Abdullayev indiyədək "Xəzər Lənkəran”, "Rəvan” və AZAL-a qol vurmağı bacarıb. Bu sırada yalnız "Sumqayıt” istisna təşkil edir.