"Neftçi” ilə qarşıdakı oyuna ciddi hazirlaşmışıq. 3 xal qazanmağa çalışmalıyıq. Həm də evdə oynadığımızdan, bu oyunda qələbə bizə daha vacibdir”. Bunu Sportnet.az-a açıqlamasında "İnter”in futbolçusu Mirhüseyn Seyidov deyib.
Uzun illər "Neftçi”də çıxışı ilə tanınan 24 yaşlı yarımmüdafiəçi cari mövsümdən "bankirlər”in şərəfini qoruyur. "İnter” isə Premyer Liqanın 3-cü dövrəsi son turu çərçivəsində bu gün "Neftçi” ilə sınaq gözləyir. Seyidovun sözlərinə görə, keçmiş komandasına qarşı oynamaq onun üçün xüsusi motivasiya kəsb etmir: "Deməzdim ki, "Neftçi” ilə matç mənim üçün prinsipialdır. Artıq hər şey keçmişdə qalıb. "Neftçi” mənə yad komanda deyil. Onlara da uğurlar arzulayıram”.
Yarımmüdafiəçi həyətində böyük uğurlar – çempionluq, kubok qazandığı, Avropa Liqasının qrup mərhələsində iştirak etdiyi "Neftçi”ni cari mövsümkü komanda ilə belə müqayisə edib: "O vaxt komandanın hədəfi ancaq çempionluq idi. İndisə o görünmür. Komanda istəksiz görünür”.
Qeyd edək ki, "İnter" - "Neftçi" matçı saat 18:00-da başlanacaq.









































































