"Çətin oyun olacağını bilirdik. Ancaq hazırlığı düzgün keçdik". Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Vəli Qasımov "İnter"lə Azərbaycan Premyer Liqasının XXVII tur matçından sonra deyib.
Qasımov səfərdə 1:0 hesabı ilə qalib gəldikləri oyunu belə dəyərləndirib: "Araz Abdullayev yorğun idi və bu oyunda ilk hissədə meydana çıxmadı, ancaq ikinci yarıda meydana buraxdıq. Nikolas Kanalesin isə əzələləri dolub və bu səbəbdən onu heyətə daxil etmədim. Ayağında yükləmə olub. Zədə almaması üçün bu addımı atdım. Çempionatda mübarizə aparırıq və kubokdan da əlimizi üzmürük. Heyətdə gənc oyunçular var, gələcəkdə yenə olacaq. Qapıçı Maksim Vaylo yaxşı oynadı. Kim yaxşı çıxış etsə, o da meydana çıxacaq".
Baş məşqçi mövsüm sonunda komandadan gedəcəyi ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib: "Bu barədə nəsə deyə bilmərəm. Hazırda 7-ci yerdəyik. Ancaq istərdik ki, daha yüksək pillələrə qalxaq".








































































