Bakının "İnter” klubu UEFA-nın cəzasına məruz qalıb. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, "bankirlər” növbəti üç avrokubok mövsümündən (2016/2017, 2017/2018, 2018/2019) birində iştirak hüququndan məhrum edilib.
Bununla bağlı bu gün qərar qəbul edən UEFA CFCB-nin İstintaq Palatası 10 dekabr 2015-ci il tarixli AC-05-2015 nömrəli qərarını qüvvədə saxlayıb. Qərara əsasən, "İnter” apellyasiya üçün 10 gün ərzində İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edə bilər. Bakı klubu bu hüquqdan istifadə etmək niyyətindədir.
Qeyd edək ki, "İnter" bir sıra legionerlərə borclu olduğundan, barəsində qitə futbol qurumu ciddi ölçü götürüb.