1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"İnter"ə ikiqat zərbə və ya "Zirə" üçün həyəcan təbili
30 mart "İnter” üçün uğursuz gün oldu. "Bankirlər” həm Premyer Liqada prinsipial rəqiblərindən olan "Neftçi”yə evdə uduzdu, həm də UEFA-dan bəd xəbər aldı. Bu da klubun növbəti 3 avrokubok mövsümündən birində iştirakdan məhrum edilməsi idi.
Düzdür, "İnter” qərardan apellyasiya şikayəti verə bilər və bu hüququndan istifadə etmək niyyətindədir. Ancaq fakt odur ki, Zaur Svanadzenin baş məşqçi olduğu komanda bir mövsümlük avrokuboklardan kənarlaşdırılıb.
Əlbəttə, bu qərar ilk növbədə, "İnter”in qalan 2 ayda çıxışına mənfi fəsadını göstərəcək. Özü də nəzərə alaq ki, "bankirlər” təkcə çempionatda yox, ölkə kubokunda da mübarizəni davam etdirir. Yarımfinalda "Qarabağ”a rəqib olan "İnter” bu turnirdən də Avropa Liqasına vəsiqə qazana bilər. Ancaq qərar qüvvədə qalacağı halda, komandanın stimulu olmayacaq, futbolçular motivasiyada düşəcək, oyunlara lazımınca köklənə bilməyəcəklər.
Bu isə avrokuboklar mübarizəsində daha bir komandanın sıradan çıxması deməkdir. Onsuz da Premyer Liqada çempionluq intriqası qalmayıb, üstəlik, "Zirə” də 3 il söhbətinə görə avrokuboklara buraxılmaya bilər. Deməli, birdən-birə 2 komanda üçün Avropa Liqasına vəsiqə uğrunda oyunlar formallığa çevrilir. "İnter”lə "Zirə” çempionatın mükafatçıları olsalar belə, bu, onlara avrokuboklara vəsiqə uğrunda mübarizədə yardımçı olmayacaq. UEFA "İnter”ə qarşı belə radikal mövqe tutubsa, "Zirə”yə də güzəştə getməyəcək. Qaydalar da onu deyir ki, avrokuboklarda iştirak edən klub 3 il peşəkar səviyyədə fəaliyyət göstərməlidir. Ötən mövsüm I Divizionda çıxış etmiş "Zirə” isə tarixində yalnız 2-ci mövsümünü keçirir.
Hər halda, "İnter” üçün "baltanı kökündən vurmaq” da düzgün olmazdı. Yaxın keçmişə nəzər salaq, UEFA "Qalatasaray”a avrokuboklardan "1+1 illik” cəza kəsmək istəsə də, sonradan cəzanı 1 illiyə endirdi. Bakı klubu ilə qərarda da 3 illik cəza yox, növbəti 3 mövsümdən 1-dən kənarlaşdırılmaq göstərilib. Hadisələrin sonrakı axarı qarşıdakı 10 gündə verilməli olan apellyasiyanın nəticəsindən çox asılı olacaq. UEFA-nın "İnter”lə bağlı qərarının şərti cəzaya çevrilməsi istisna olunmur.
"İnter”lə "Zirə”nin düşdüyü vəziyyət çempionatda 5-6-cı yerləri tutan komandaların Avropa Liqasına yollanmaq imkanını artırdı. Deməli, AZAL-la "Neftçi” də yaxşı şans qazanıb və onlar iddialarını artıracaqlar. Üstəlik, "ağ-qaralar” kubokda da mübarizəni davam etdirirlər. "Qarabağ”ın isə ardıcıl 2 mövsüm "qızıl dubl” etmə şansları artdı. Onsuz da çempionluq böyük ölçüdə onların xeyrinə həll olunub və 10 xaallıq fərqin aradan qaldırılması real görünmür. Hətta "Zirə" Qurban Qurbanovun komandasını üstələyib qızıl medalları qazansa belə, UEFA qadağası təqdirində, Çempionlar Liqasına "Qarabağ" yollanacaq. Bu hal "İnter”in çempionluğuna da şamil edilə bilər.
Belə çıxır ki, Çempionlar Liqasına vəsiqə imkanları hazırkı liderdən əlavə, "Kəpəz"lə "Qəbələ"də qalıb. Amma onlar qalan 9 turda nəinki 15, hətta 19 xallıq fərqi aradan qaldırmalıdırlar. AZAL-la "Neftçi"də isə şanslar nəzəridir. "İnter"in motivasiyadan düşməsi həm də Ağdam təmsilçisinə finala rahat çıxmağa və ardıcıl 2-ci il ölkə kubokunu qazanmağa böyük şans yaradıb.