İtaliya futbolunun və "Milan”ın əfsanələrindən olan Çezare Maldini vəfat edib. Sportnet.az-ın məlumatına görə, öz ölkəsinin milli komandasının sabiq baş məşqçisi 84 yaşında dünyasını dəyişib.
Maldini futbolçu kimi "Milan”ın heyətində 1954-1966-cı illərdə 4 dəfə ölkə çempionluğunu qazanmaqla yanaşı, Avropa Kuboklar Çempionluğunu qazanıb. O, bu komandada 412 oyun keçirərək 3 qola imza atıb, İtaliya yığmasında isə 14 matçda forma geyinib.
Maldini 1967-ci ildə karyerasını bitirdikdən sonra "Milan”, "Parma”, "Foca”, "Ternana” klublarını çalışdırıb. O, İtaliyanın əsas və gənclər yığmasının, habelə Paraqvayın əsas millisinin baş məşqçisi olub. Maldini gənclərlə 3 dəfə (1992, 1994 və 1996) Avropa çempionu olub. "Milan” isə onun rəhvərliyi altında 1972/73 mövsümündə İtaliya kubokunu və Kuboklar Kubokunu qazanıb.
Xatırladaq ki, Çezare Maldininin oğlu Paolo Maldini də "Milan”da və İtaliya futbolunda böyük iz buraxıb.