AZAL-ın futbolçuları Azərbaycan Premyer Liqasının XXVII turunda "Kəpəz" üzərində qazandıqları 3:0 hesablı qələbəni qeyri-adi formada qeyd ediblər. Sportnet.az-ın məlumatına görə, oyundan sonra kapitan Rail Məlikov komanda yoldaşlarını azarkeşlər qarşısına aparıb.
Onlar fanatlar qarşısında düzülərək, ermənilərlə döyüşdə şəhid olan hərbçilərimizin xatirəsinə əsgər salamı veriblər. Bundan başqa, qol vuran futbolçular - Aydın Qasımov, Hacı Əhmədov və Mirzağa Hüseynpur da fərqləndikdən sonra eyni addımı atıblar.