
"Kəpəz”lə müqaviləm mayda bitir. Yeni anlaşma ilə bağlı söhbətlər gedir. Ancaq dəqiq bir şey demək hələ tezdir”. Bu fikirləri Sportnet.az-a açıqlamasında "Kəpəz”in litvalı qapıçısı Tadas Simaitis deyib.
Cari mövsümdən karyerasını Azərbaycanda davam etdirən legioner hazırkl klubda onun üçün hər şeyin yaxşı olduğunu bildirib: "”Kəpəz” haqda pis bir şey deyə bilmərəm, istəmirəm də. Stadionumuz necə varsa, elədir. Bəli, yeni stadion deyil, meydança tam yaxşı deyil. Ancaq bu, bizim stadiondur. Orda oynamaq hamımızın xoşuna gəlir. Qalan şeylər bizə aid deyil”.
Simaitisin sözlərinə görə, Azərbaycanın başqa klubundan təklif alıb: "Ancaq həmin klubun adını çəkə bilmərəm. Hər şeyi zaman göstərəcək. İndidən bir şey deyə bilmərəm”.