"Uduzmağımıza baxmayaraq futbolçulardan razı qaldım. Əzmlə sonaqədər mübarizə apardılar". Sportnet.az-ın məlumatına görə, bunu "Rəvan"ın baş məşqçisi Bəhmən Həsənov deyib.
Azərbaycan premyer Liqasının XXX turunda səfərdə "Qəbələ" ilə oyundan sonra (0:2) oyundan sonra fikirlərini bildirən B.Həsənov Saşa Yunisoğlunun qırmızı vərəqə almasından danışıb: "Saşa Yunisoğlunun komandanı pis vəziyyətdə qoyması haqda düşünəcəyik. O, təcrübəli oyunçudur, komandaya çox faydası dəyib. Bu görüşdə də "qırmızı"ya qədər pis oynamadı. Ancaq həmin epizodda o cür oynamağı bizə də aydın olmadı. Futbolçulara tapşırmışam ki, qapıya təhlükə olmadığında bu cür kobud oynamasınlar".










































































