1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Zaur Svanadze qalır, Dieqo Martinsin gedişi...
"İnter" rəhbərliyi baş məqşçisi Zaur Svanadzenin işindən razıdır. Sportnet.az-ın məlumatına görə, klub prezidenti gürcüstanlı mütəxəssislə müqavilələrinin müddəti haqda məlumat verib.
O, Svanadze ilə anlaşamın cari mövsümün sonunadək olmadığını bildirib: "Baş məşqçimizlə müqaviləmiz davam edir. Onunla anlaşmamız gələn ilin yayında tamam olacaq. Ona görə də Svanadze ilə əməkdaşlığımız davam edəcək. Amma sözsüz ki, mövsümün sonunda özü ilə bir daha oturub danışacağıq".
Komandadan gedən legionerlər haqda da söz açan Qasımov braziliyalı hücumçu Dieqo Martinsə xüsusilə toxunub: "Mən onun "İnter"də qalmasını çox istəyirdim. Martins sürətli, təcrübəli hücumçudur. Komandamızın cari mövsümün ilk yarısında qələbələrində Dieqonun rolu böyük olub. Ancaq onunla müqaviləmiz ilin sonunadək idi. Əvvəlki rəhbərlik çəkinərək, ya başqa səbəbdən bir sıra futboçularla 6 aylıq müqavilə imzalamışdı. Bəlkə də düzgün etmişdilər. Martinsin daha böyük məbləğdə təklfiləri vardı və ona görə də "İnter"lə müqaviləsini uzatmadı".