1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"İnter Arena"da təbii ot söhbəti qalxdı
Bakının "İnter" klubuna məxsus "İnter Arena"da süni örtüklü meydanları təbii ot örtüyü ilə əvəzlənmə variantı gündəmə gəlib. Sportnet.az-ın məlumatına görə, bu məsələ yaxınlıqdakı Bakı Yağ Fabrikinin Sumqayıta köçürülməsindən sonra aktuallaşıb.
Əvvəllər fabrikin havaya buraxdığı tüstü üzündən stadionun təbii ot örtüyü də tez-tez sıradan çıxırdı. "İnter"in əvvəlki prezidenti Georgi Nikolov da məhz bu səbəbdən, təbii otu süni örtüklə əvəzləməli olduqlarını bildirmişdi. Amma indi başqa problem ortaya çıxıb.
Klubun hazırkı prezidenti Rəşad Qasımov Sportnet.az-a açıqlamasında "İnter Arena"nın örtüyünü dəyişdirməkdən ötrü böyük məbləğdə vəsaitə ehtiyac duyulduğunu bildirib. Onun sözlərinə görə, istər hazır örtüyün salınması, istərsə də toxum səpilməsi ilə otun yetişdirilməsi üçün pul lazımdır. Həm də klubun baş sponsoru Azərbaycan Beynəlxalq Bankının müvafiq qərarı olmalıdır.
R.Qasımov komandada mövsüm ərzində müntəqəm zədələnmə hallarının olmasını da məhz süni örtükdən təbii ota keçidlə əlaqələndirib: "Futbolçularımız bir həftə ərzində iki fərqli örtüklü meydanlarda oynayırlar. Süni örtükdən təbiiyə və ya əksinə keçid zamanı onlar əzələlərini dartır və zədələnirlər. Ona görə də mövsümboyu zədə problemimiz səngimir. Mən bunu futbolçuların məşqlərə məsuliyyətsiz yanaşması və ya həkimlərin səriştəsizliyi ilə qətiyyən əlaqələndirməzdim".
Qeyd edək ki, "İnter Arena" (əvvəlki adı "Şəfa” stadionu) tikilərkən, meydana təbii ot örtüyü salınıb. Həmin vaxt bu meydanda beynəlxalq oyunlar da keçirilib. Lakin stadion 2007-ci ildə AFFA-nın keçmiş rəhbərliyi tərəfindən "İnter”ə icarəyə verildikdən sonra təbii ot süni örtüklə əvəzlənib.