1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Zaur Svanadze: "Bəraət qazanmağa çalışacağıq"
"Sumqayıt"la oyuna hazırlıq prosesi normal keçir. İndi biz daha çox çempionat oyunlarına köklənmişik və qarşıdakı tur "Qarabağ"la keçirdiyimiz son ağır oyundan sonra azarkeşlərimiz qarşısında bəraət qazanmağa çalışacağıq". məlumatına görə, bunu "İnter"in baş məşqçisi Zaur Svanadze klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Azərbaycan Premyer Liqasının XXXII turunda "Sumqayıt"ı qəbul edəcək komandanın gürcüstanlı baş məşqçisi rəqibin yaxşı olduğunu və gərgin matçın keçəcəyini söyləyib.
Z.Svanadze komandanın zədəli futbolçularından da danışıb: "Sezar Meza Kollinin və Kamran Ağayevin "Sumqayıt"la oyuna çıxmaları hələlik sual altındadır. Fuad Bayramov qırmızı vərəqə aldığından meydana çıxa bilməyəcək. Nizami Hacıyev, İlkin Qırtımov və Elnur Abdullayev zədəlidirlər".
Qeyd edək ki, mayın 1-də "İnter Arena"da keçiriləcək "İnter" - "Sumqayıt" qarşılaşması saat 16:00-da başlayacaq.