
Gəncədə "Kəpəz" və "Rəvan" arasında keçirilən Azərbaycan Premyer Liqasının XXXII tur matçında insident baş verib. Sportnet.az-ın məlumatına görə, 41-ci dəqiqədə meydan sahiblərinin yarımmüdafiəçisi Namiq Ələsgərovla qonaq komandanın müdafiəçisi Ruslan Tağızadə arasında münaqişə baş verib.
Top uğrunda mübarizə zamanı Tağızadə sərt oynayıb. Buna sərt etiraz edən Ələsgərov rəqibi ilə kəllə-kəlləyə gəlib. Hətta o, əli ilə "Rəvan"ın oyunçusunun sifətindən itələyib. Onların komanda yoldaşlarının araya girməsindən sonra ara sakitləşib. Baş hakim Rəvan Həmzəzadə hər iki oyunçuya sarı vərəqə göstərib. Bundan sonra Ələsgərov özündən yaşca böyük Tağızadənin yanına gedərək üzr istəyib.