Azərbaycan Premyer Liqasında bombardirlər yarışının lideri Nelson Bonilyada yenidən susqunluq içərisindədir. Sportnet.az-ın məlumatına görə, "Zirə"nin hesabında 14 qol olan salvadorlu hücumçusu artıq 2 turdur meydanı qolsuz tərk edir. Ümumiyyətlə, Bonilyanın komandası həmin matçlarda rəqib qapısına yol tapa bilməyib.
Nelsonun fərqlənməməsindən ən yaxın izləyiciləri məharətlə yararlanırlar. Belə ki, "Qarabağ"ın ispaniyalı yarımmüdafiəçisi Dani Kintana elə "Zirə"yə qol vurmaqla Bonilya ilə fərqi 2 topa endirib. "Neftçi"nin hücumçusu Ruslan Qurbanov da son turda fərqlənməyi bacararaq hesabında 11-ci qolu yazıb.
Uzun müddət bombardirlər siyahısına başçılıq edən "Qarabağ"ın braziliyalı yarımümdafiəçisi Riçard Almeyda da xeyli vaxtdır qol vura bilmir. Nəticədə onun kimi 9 dəfə fərlqənən artıq 2 futbolçu var. Onlar da son turda öz sözlərini deyiblər. Söhbət "Sumqayıt"ın hücumçusu Amil Yunanovla "Qəbələ"nin ukraynalı yarımümdafiəçisi Aleksey Qaydan gedir.
Yunanov ötən ilin sonunda 4 oyunda 7 dəfə fərqlənəndən sonra uzun müddətdir qol vura bilmirdi. O, artıq 2 turdur rəqib qapısına yol tapır. Özü də Yunanov "İnter"lə səfər matçları uğurlu alınır. Belə ki, gənc hücumçu ikinci dövrədə "İnter Arena"dakı matçda dubl etmişdi. Qay isə yenidən penaltidən fərqlənib.