"Matçın çətin keçəcəyini gözləyirdik. Amma oyun gözlədiyimizdən daha çətin alındı. Rəqib bizə müqavimət göstərdi, yekunda qələbə qazanan tərəf isə biz olduq". məlumatına görə, bunu "Kəpəz"in futbolçusu Namiq Ələsgərov klubun rəsmi saytına açıqlamasında deyib.
Azərbaycan Premyer Liqasının XXXII turunda "Rəvan" üzərində 3:2 hesablı qələbəni şərh edərkən 21 yaşlı yarımmüdafiəçi bunları bildirib: "Qələbə qazandığımız üçün şadıq. Növbəti üç xal turnir cədvəlindəki yerimizi yaxşılaşdırmağa imkan verdi. Bunun ardını gətirmək lazımdır. Zədəyə görə iki oyunda meydana çıxa bilmədim. Dönüşümün belə alınması, vurulan qollarda əməyimin olması məni sevindirir. Fiziki cəhətdən tam hazır deyildim, bununla belə oynamaq istəyi çox idi".