1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ"də 80-ci futbolçu və ya 29 aylıq qolsuzluq sindromu qırıldı
"Qəbələ"nin kapitanı Rəşad Sadiqov üçün Azərbaycan Premyer Liqasının son turunda "Neftçi"yə vurduğu qol əlamətdar olub. Sportnet.az-ın məlumatına görə, 33 yaşlı yarımmüdafiəçi ötən ilin əvvəlindən şərəfini qoruduğu "qırmızı-qaralar"da çempionatda qol hesabını açıb.
Bunun üçün 15 ay gözmələli olan Sadiqov hazırkı klubunda ilk qolunu cari mövsümdə ölkə kubokunda vurub. "Zirə" ilə həmin final 1/4 matçı da Qəbələdə olub "Neftçi" ilə son matç 2:2 hesablı bərabərlik nəticələndisə, "Qəbələ" "Zirə" ilə cavab oyununda böyük hesabla qalib gəlib - 5:1.
Sadiqov "Qəbələ"də yubilyar olub. Belə ki, o, komandada çempionatda qol hesabını açan 80-ci futbolçudur. "Qəbələ" 2006-cı ildən fasiıləsiz olaraq yüksək liqanın iştirakçısıdır.
Rəşad bunadək Premyer Liqada son olaraq elə "Neftçi"də fərqlənmişdi. Bu, 2013/14 mövsümündə - 2013-cü ilin dekabrın 20-də AZAL-a səfərdə 1:2 hesabı ilə uduzduqları matçda olmuşdu. Təcrübəli futbolçu "Neftçi"dən sonra yarım il "Xəzər Lənkəran"da oynasa da, qol sevinci yaşaya bilmədi. O, çempionatda fərqlənmək üçün 29 ay gözləməli oldu.