1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ" rəsmisi məhkəmədə
Bu gün Səbail Rayon Məhkəməsində ann.tv saytının əməkdaşı Rasim Əliyevin döyülərək öldürülməsi işi ilə bağlı həbs edilən "Qəbələ" klubunun sabiq kapitanı Cavid Hüseynovun məhkəməsi davam etdirilib. Sportnet.az-ın "Report"a istinadən məlumatına görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə şahid - "Qəbələ" klubunun meneceri Səbuhi Səfiyarlı, polis əməkldaşı Asif Bağırov ifadə verib.
S.Səfiyarlı ifadəsində hadisəni jurnalistlərdən eşitdiyini deyib: "Açıqlama almaq üçün mənə zəng vurmuşdular. Dəqiqləşdirmək üçün Cavidə zəng vurdum. Onunla xəstəxanaya getdik. Orada Rasimi gördüm. Xəstəxanada Cavidin Rasimə pul təklif etməsi barədə isə heç nə eşitməmişəm".
O, istintaqa verdiyi ifadəsini təsdiqləyib.
C.Hüseynovun vəkili Adəm Məmmədov şahid Aydın Mahmudovun məhkəməyə gələrək ifadə verməsi barədə vəsatət qaldırıb. Vəsatət təmin edilib.