1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Kapitan səhv salmasaydı və ya qol həsrətimiz davam edir
Azərbaycan futbol yığmasının final mərhələsində qol həsrəti davam edir. Sportnet.az-ın məlumatına görə, U-17 qızlar kimi U-17 oğlanlar da məsul turnirin həlledici mərhələsində hələ ki məğlubiyyətləri sıralayır. Bu, azmış kimi, rəqib qapısına da yol tapa bilmirik.
Qızlarımız 2012-cil dünya çempionatının final mərhələsində keçirdiyi hər 3 oyunda uduzdu. Bu, Kolumbiyaya 0:4, Nigeriyaya 0:11 və Kanadaya 0:1 hesablı məğlubiyyətlərdir. Oğlanların isə Avropa çempionatının final mərhələsində debütü Portuqaliyaya 0:5 hesablı məğlubiyyətlə tarixə düşdü. Göründüyü kimi, hər iki U-17 yığmamız startda böyükhesabla məğlub olub.
Əslində, almaniyalı Sissi Raytın baş məşqçisi olduğu komandadan fərqli olaraq Təbriz Həsənovun yetirmələri qol vura bildilər. Sadəcə, kapitanımız Elçin Əsədov qapıları səhv salaraq avtoqol müəllifi olub. Yarımmüdafiəçinin adı Azərbaycandan fərqlənənlər sırasında yer alsaydı, ilk qol vuran futbolçumuz kimi tarixə düşəcəkdi. Əvəzində Əsədov final mərhələsində ilk avtoqol edən oyunçumuz kimi adını tarixə yazdırıb.