1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Roman Qriqorçuk: "Hakimlər açıq şəkildə bizə mane oldu"
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorcuk "Zirə"ni səfərdə 3:0 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının XXXIII tur qarşılaşmasından sonra mətbuat konfransı keçirib. Sportnet.az-ın məlumatına görə, qələbəni şərh edib...
- "Zirə” ilə görüşdə yaxşı oynadıq və 3 qol da vurduq. Bu mövsümdə 10-a yaxın matçda bundan iki dəfə yaxşı oynasaq da, qələbə qazanmamışıq. Arxada qalan matçlarımızda belə təzadlar olub. Lakin təzad ifadəsi bugünkü matça aid deyil. Bu dəfə qol imkanlarından yararlanmağın dəyərini gördük. Qollar vuruldu və nəticədə də qalib gəldik.
- "Neftçi" ilə kubok oyunundan sonra futbolçulara böyük təzyiq olduğu üçün "Qəbələ" bu gun daha yaxşı oynadı?
- Biz "Neftçi" ilə də yaxşı oynamışdıq. Xeyli qol imkanlarımız olsa da, onlardan istifadə edə bilməmişdik. Yarımfinalın ilk görüşündə hakimlər açıq şəkildə bizə mane oldu. Bunlar da finala çıxmamağımızın səbəbləridir. Futbolçularla oyundan sonra həmişəki kimi normal söhbət etdik. Heç bir təzyiq olmadı. Əgər biz yaxşı oynamışıqsa, futbolçularla sərt danışmağa ehtiyac yoxdur. İki kubok matçında qol vura bilmədiyimiz 10 epizod yaratdıq. Futbolda belə hallar olur. Bilirik ki, ustalıq səviyyəsini qaldırmalıyıq. Həmin matçlardan sonra futbolçularımı tərifləyib, istədiyimə yaxın oynadıqlarını dedim. Hücumları sonluğa çatdırmağın üzərində isə hələ çalışmalıyıq.
- Bu günkü qələbəni dəyərləndirəndə, sizcə, "Qəbələ" çox yaxşı oynadı, yoxsa "Zirə" potensialından aşağı çıxış etdi?
- "Zirə"nin oyunu haqda izah verməyə ixtiyarım yoxdur. Bu komandaya hörmətlə yanaşdığımı söyləyərdim. Amma özümüz haqda onu deyə bilərəm ki, bu gun qol vəziyyətlərini yaxşı dəyərləndirdik. Əvvəlki oyunlarda bəlkə daha yaxşı oynamışdıq. Amma fürsətləri boşa vermişdik. Bu dəfə eyni səhvləri təkrarlamadıq.