1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
İki "abunəçi" birdən
Azərbaycan Premyer Liqasının hazırda davam edən 33-cü turunda iki "abunəçu" birdən qeydə alınıb. Sportnet.az-ın məlumatına görə, bunlar turnir cədvəlinin son pillələrində yer alan "Xəzər Lənkəran"la "Rəvan"dır. Autsayderlər bürünc medal uğrunda mübarizə aparan "Kəpəz"lə "İnter" evdə böyük hesabla uduzublar - 0:3 və 0:4.
"Xəzər Lənkəran" "Kəpəz"ə daha öncə 2 dəfə 0:1, ardından 0:2 hesabıyla uduzmuşdu. Göründüyü kimi, cənub klubu Gəncə təmsilçisinə heç qol da vura bilməyib. Bu komandalar cari mövsümdə ölkə kubokunda da rəqib olublar və maraqlıdır ki, Lənkəranda keçirilən həmin 1/8 final matçında cənublular 1:0 hesabı ilə qalib gəliblər. Ancaq "Xəzər Lənkəran" kubokda mübarizədən kənarlaşdığı "Kəpəz"in çempionatda "abunəçisi" olmaqdan yaxa qurtara bilməyib.
"Rəvan" isə "abunəçi" adını futbol leksikonumuza gətirən "İnter" üçün həmişə məğlub etdiyi rəqibdir. Təsadüfi deyil ki, bu komandalar arasında çempionatda keçirilən 12 oyunun hamısında "bankirlər" üstün olub. "İnter"lə "Rəvan" də cari mövsümdə ölkə kubokunda üzləşiblər. Ancaq bu 1 oyundan ibarət 1/8 final matçı yox, 2 matçdan ibarət 1/4 final mübarizəsi idi. "Rəvan" tarixində "İnter" üzərində yeganə qələbəsi onda qazanıb. Bu, "Bayıl Arena"da keçirilən ilk matçda əldə olunan 2:1 hesablı qələbə idi. Ancaq "İnter" edvəki cavab matçında 3:0 hesablı qələbə sayəsində növbəti mərhələyə yüksəlib.
Qeyd edək ki, "Rəvan"dan fərqli "Xəzər Lənkəran" cari mövsümdə artıq 3-cü komandanın "abunəçi"si olub. Elbrus Məmmədovun yetirmələri bunadək "Qarabağ"la "Zirə"yə çempionatda hər 4 oyunda uduzmuşdu. "Kəpəz"in turnir cədvəlində 3-cü pillədə getdiyini nzərə alsaq, lənkəranlıların "abunəçiliy"i yuxarıdan aşağı sıralama ilə gedir.