1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Tərlan Əhmədov: "Mən o sözü yedizdirmək üçün alışıb yanırdım"
AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Premyer Liqada "Neftçi" ilə səfər matçından sonra mətbuat konfransı keçirib. Sportnet.az-ın oyunda olan əməkdaşının məlumatına görə, çalışdırıcı öncə 1:3 hesabı ilə iudiuzduqları görüşü dəyərləndirib.
- Hərdən sözün bitdiyi an olur. Bu gün söz tapa bilmirəm. Gözləmədiyim bir oyun, bir durumdur. Uduzmağı da bacarmaq lazımdır. Sadə səhvlər üzündən qollar buraxdıq. Artıq 3-cü oyundur ki, bərbad çıxış edirik. Bəlkə də Avropa Liqasına vəsiqə şansları ilə əlaqədar təzyiq var. Amma futboldur. Futbolçular əziyyət çəkdilər. Uduzsalar da, bunun yükünü bilirəm. "Kəpəz"lə oyundan sonra qol vurmaq, hücum xəttində problemimiz yaranıb. Keçənə güzəşt deyərlər. "Zirə" ilə oyunda 3 xal lazım olacaq ki, işimizi düzəldək.
- Deyəsən, bu gün "Neftçi" rəsmilərindən heç kim arxanızca danışmamışdı?
- Arxamca heç kim danışmamışdı. O söhbət Samir ƏIiyev baş məşqçi olanda çıxmışdı. Əvvəlcə Samir haqda, sonra isə AZAL haqda demişdi. Mən o sözü yedizdirmək üçün alışıb yanırdım. İşlədiyim komandalar haqda danışmaq düzgün deyil. Bu gün "Neftçi" kubokda finala çıxıbsa, deməli, qarşılarında məqsəd var. Rəqibin hücum futbolu oynayacağını gözləmirdim. Sırf öz səhvlərimizdən qollar buraxdıq. Mövsümün əvvəllərində çempionatda qalmağı düşünəndə sərbəstlik var idi. Amma Avroliqa söhbəti çıxandan təzyiq var.
- Murad Səttarlını meydana sonradan buraxmağınız nə ilə bağlı idi?
- Səttarlı 3 gündür məşqlərə qoşulub. Amma hazırkı fiziki durumu tam oynamağa imkan vermir. Ona görə ikinci hissədə meydana buraxdım. Qarşıdakı oyunlarda yenə 11-likdə olacağam.