"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Premyer Liqada "Qarabağ"la oyundan sonra mətbuat konfransı keçirib. Sportnet.az-ın oyunda olan əməkdaşının məlumatına görə, ukraynalı mütəxəssis 0:2 hesabı ilə uduzdquqları matçda azarkeşlərin onu istefaya səsləməsinə münasibət bildirib.
- Mən özümə inanır, güvənirəm. Azarkeşlərin belə hərəkəti məni maraqlandırmır. Bu, azarkeşlərin komandaya sevgisinin səviyyəsini göstərir və öz qərarlarıdır. Mən bir söz deyə bilmərəm. Mən bunu hətta satqınlıq kimi dəyərləndirə bilərdim. Özlərini belə aparmalarından məyusam.
- Azarkeşləri satqın adlandırdınız. Bunu bir qrup fanatın işi kimi dəyərləndirirsiniz?
- Mən o azarkeşlərin bizə münasibətini yaxşı xatırlayıram. Yeni oynamağa başlayanda münasibətlərimiz gərginləşmişdi. Avropa Liqasında qrupa düşəndə münasibətləri dəyişdi. İndi də yenidən belə münasibət gördüm. Mən dedim ki, özümü satqın münasibət göstərilmiş kimi hiss edirəm. Heç kimi də təhqir etmirəm. Qəbələyə dönməkdən də çəkinmirəm. Mənə qarşı olan hörmətsizliyi belə qəbul etmişəm və sözlərimin belə qəbul olunmasını istəyirəm.
- Cavid Hüseynovun gedişindən sonra komandanın lideri, özünü arxasınca apara bilən futbolçu yoxdur...
- Cavidi çox sevirəm. Onun bizimlə olmaması itkidir. Komandada bir lider olmamalıdır. Meydanda və paltardəyişmə otağında bir çox oyunçunun lider olmağa çalışmasını istərdim. Düşünürəm ki, bu yol daha yaxşıdır.
- Heyətin gücləndirilməsi istiqamətində hansı işlər aparılacaq?
- Oyunçu dəyişiklikləri ilə bağlı hansısa variantlar olduqda danışmaq olar. Komandanın gücləndirilməsi daim aparılmalıdır. Bu barədə indidən fikir bildirməyim çətindir.
- "Zirə"ni yendikdən sonra "Qarabağ"la oyunadək 3 günə nə dəyişdi ki, istənilən oyunu ortaya qoya bilmədiniz?
- "Qarabağ"ı digər komandalarla müqayisə etmək çətindir. Çünki bu klub bütün rəqiblərdən aşkar üstündür. Biz isə bir çox komandalarla yüksək səviyyədə oynadıq. Hələ "Qarabağ"la o komandalarla oynadığımız kimi mübarizə apara bilmərik. Bu komandaya qarşı öz oyunumuzu sərgiləyə bilmərik.
- Dodo nə vaxt oynayacaq?
- Dodo hazırda zədəsinin müalicəsi ilə məşğuldur. Sizə deyəcəyim budur.