1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Məni də istefaya səsləyirdilər"
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Qəbələ"ni 2:0 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının XXXIV tur matçından sonra mətbuat konfransı keçirib. Sportnet.az-ın məlumatına görə, 44 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.
- Digər rəqiblərlə oyununuzda aşkar üstünlüyünüz hiss olunur. Rəqabətsizlik sizi narahat etmir?
- Öz komandamın oyun səviyyəsinin aşağı düşməməsinə çalışıram. Bu, bir az çətindir. İl ərzində bəzən eniş dövrü olur. Biz isə öz oyunumuzu düşünürük. Əsas heyət oyunçularının zədələnməsindən ehtiyatlanıram. "Sumqayıt" və "Zirə" ilə oyunda bəzi futbolçuları ehtiyatda saxlamışdıq.
- Get-gedə Miçel formaya düşür. Halbuki o, yeni gəldiyi vaxt Samuel Armenteros daha yaxşı formada idi. İndi isə əksinədir. Armenterosla yollarınızı ayıracağınız gözləniləndir?
- Miçel gəldiyi vaxt çox da zəif hiss olunmurdu. Sadəcə, fiziki hazırlığı qaydasında deyildi. Onun komandaya uyğunlaşması tez baş verdi. Get-gedə qaydasına düşdü. Hər bir oyunçu ilə yollarımızı ayırma anları ola bilər. Hələlik Armenterosla yollarımızı ayırmaq fikrimiz yoxdur.
- Həmkarınız Qriqorçuk onu istefaya səsləyən azarkeşləri satqın adlandırdı. Bunu necə dəyərləndirərdiniz?
- Açığı, istefa hər bir məşqçi üçün xoş olmayan ifadədir. Azarkeş istənilən ifadə bildirə bilər. Belə fikirlərin səslənməsi məncə, düzgün deyil. Çünki Qriqorçukun karyerası məlumdur, ona böyük dəyər vermişəm. Tələbkar mütəxəssisdir. "Qəbələ" onun karyerasında ikinci komandadır ki, bütün mərhələləri keçərək, Avroliqada qrupa düşüb. Həm də "Qəbələ"də bu gün 5 əsas oyunçu çıxış etmədi. Amma meydanda məşqçi işi görünürdü. Belə mütəxəssisə dəyər vermək lazımdır. Mənim üçün ona qarşı oynamaq əlavə motivasiyadır. "Qəbələ"ni hər oyundan öncə daha çox analiz edirik. Azarkeş çılğınlığından belə ifadələr səsləndirə bilər. Amma klub azarkeşləri həmişə sadiqlikləri ilə seçiliblər. Dünyanın hər yerində "istefa" şüarı qaçılmazdır. "Qarabağ" avrokuboklara çıxa bilmədiyi mövsümdə də məni istefaya səsləyərdilər. Qriqorçuk da vaxtilə azarkeşlərin üstünə gedirdi. Düşünürəm ki, sabah barışarlar. İkinci komanda olub ki, 4 mərhələ keçərək, qrupa düşüb. Bu, asan məsələ deyil. Hər bir işdə narazılıq olsa, orada nəticə olmaz.