1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"İnter"dən Qırtımov açıqlaması
"Xəzər Lənkəran"la Azərbaycan Premyer Liqasının XXXIV tur matçında başından zədələnən Bakı "İnter"inin futbolçusu İlkin Qırtımovun durumuna aydınlıq gəlib. Sportnet.az-ın paytaxt klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, həkim müayinəsi zamanı Qırtımovun həyatı üçün təhlükə olmadığı müəyyənləşib.
Ötən günü xəstəxanada keçirən müdafiəçinin bu gün evə buraxılacağı və müalicəsini ambulator şəraitdə davam etdirəcəyi gözlənilir.
Qeyd edək ki, Premyer Liqada ilk oyununu keçirən "Xəzər Lənkəran"ın futbolçusu Xaqani Sadıqovun zərbəsindən sonra top İlkin Qırtımovun sifətinə tuş gəlib. Nəticədə yerə sərilən Qırtımova kömək üçün təcili yardım maşını meydana daxil olub.