"İnter”in hücumçusu Rauf Əliyev Azərbaycan Premyer Liqasında qolsuzluq sindromunu qırıb. Sportmet.az-ın məlumatına görə, 27 yaşlı futbolçu cari mövsümdən şərəfini qoruudğu klubda çempionatda ilk qolunu yalnız 34-cü turda vurmağa müvəffəq olub. Bu, "Xəzər Lənkəran”a 2:1 hesabı ilə qalib gəldikləri oyunun 14-cü dəqiqəsində hesabı aşması ilə reallaşıb.
Ancaq bu, Raufun "İnter”də qol hesabını açması demək deyil. Çünki hücumçu ötən yay Avropa Liqasında İslandiyanın "Hafnarfyordur” klubu ilə "İnter Arena”dakı cavab matının əlavə vaxtında – 91-ci dəqiqədə fərqlənib. Oyunda hesabı 2:2 edən Əliyev "İnter”in tarixində ilk dəfə III təsnifat mərhələsinə çıxmasında böyü rol oynayıb. Ancaq cari çempionatın əvvəlində ağır zədələnən Rauf yaşıl meydana qayıdışı üçün 7 ay gözləməli olub.
Əliyevin bir vaxtlar "Xəzər Lənkəran”da oynadığını nəzərə alsaq, keçmiş komandasını cəzalandırıb. Maraqlıdır ki, o, bunadək sonuncu qolunu da əvvəlki klubuna vurmuşdu. Bu, "Xəzər Lənkəran”da çıxış edərkən 2014-cü ilin oktyabrın 26-da fərqləndiyi "Qarabağ”la səfər matçıdır (2:3). Göründüyü kimi, Rauf uzun illərdir çıxış etdiyi milli çempionatımızda növbəti qolunu 563 gündən sonra vura bilib.
Qeyd edək ki, Əliyev həmin mövsümün qış fasiləsində "Xzər Lənkəran”dan "Neftçi”yə keçəsə də, qol hesabını aça bilməyib və çempioinatın sonuna yaxın elə "İnter”lə səfər matçında (0:4) ağır məğlubiyyətdən, vura bilmədiyi penaltidən sonra komandadan kənarlaşdırılıb.