1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ"nin liqalarda hegemonluğu: Çempionluqlar bol, qollar bol...
"Qəbələ" Futbol Akademiyasının komandaları növbəti dəfə liqalarda hegemonluqlarını nümayiş etdiriblər. Sportnet.az-ın məlumatına görə, "qırmızı-qaralar"ın əvəzedici heyəti kimi, U-19, U-16 və U-15 komandaları öz çempionatlarının ən güclüləri olublar.
Yalnız Emin İmaməliyevin rəhbərlik etdiyi U-17 gümüş medalçı olaraq "Neftçi"ni özündən irəli buraxıb. Əvəzediciləri çempion edən baş məşqçi Ramin Quliyev ötən mövsüm U-17-yə "qızıl dubl" qazandırmışdı ki, İmaməliyev həmin vaxt onun köməkçisi idi.
Çempion komandalar asında ən möhtəşəm nəticəyə "Boulevard Hotel U-15 Liqası"nın qalibi olan Xaqani Məmmədovun yetirmələri nail olub. Belə ki, "Qəbələ"nin 15 yaşlıları keçiridiyi 34 oyundan 33-də qalib gəlib, yalnız 1-də heç-heçə edib və təbii ki, məğlub olmayıb. Nəticədə "qırmızı-qaralar" düz 100 xal toplayıb. Rəqib qapılarından 155 top keçirən Xaqani Məmmədovun komandası cəmi 13 qol buraxılb. Müqayisə üçün qeyd edək ki, "Qəbələ"nin ən yaxın izləyicisi olan 2-ci yerin sahibi "Xəzər Lənkəran" bundan 53 qol az vurub.
"Qəbələ"nin daha aşağı yaş qruplarından ibarət komandaları final mərhələlərində mübarizə aparırlar və mükafatlar əsas iddiaçılar sırasındadırlar.
Xatırladaq ki, Hüseynqulu Quliyevin baş məşqçisi olduğu "Qəbələ"nin U-19 komandası gələn mövsüm ölkəmizi bu yaş qrupunda Çempionlar Liqasında təmsil edəcək.