1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycan Premyer Liqasının mükafatçısı Oleq Lujnını əvəzləyir
Azərbaycan Premyer Liqasında oynamış ukraynalı futbolçu Vladimir Mazyar Ukraynanın "Karpatı" klubunun baş məşqçi postuna gedir. Sportnet.az-ın məlumatına görə, "Simirq"un sabiq hücumçusu bu postda Oleq Lujnını əvəzləyir.
Londonun "Arsenal" klubunun və Ukrayna millisinin sabiq müdafiəçisi Lvov təsmilçisində qalmamağa qərar verib. Klub rəhbərliyi büdcəni azaltmaq istəyir ki, bu şərt Lujnı ilə əməkdaşlığı davam etdriməyə imkan vermir. 39 yaşlı Mazyar isə belə çətin şəraitdə çalışmağa hazırdır və buna ilkin razılığını da verib. Tərəflər müqavilə ilə bağlı ilkin danışıqlar aparıblar.
Qeyd edək ki, Vladimir Mazyar ölkəmizdə "Simurq"la yanaşı, "Standard"da da oynayıb. O, vurduğu 28 qolla Zaqatala klubu tarixinin bombardiridir. Mazyar Premyer Liqada yeganə mükafatı - 2009-cu ildə bürünc medalı və Avropa Liqasında çıxışı da "Simirq"un heyətində reallaşdırıb.