1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ"nin 2 komandası yarımfinalda
AFFA-nın aşağı yaş qrupları üzrə komandalar arasında təşkil etdiyi liqalarda növbəti oyunlar keçirilib. Sportnet.az-ın məlumatına görə, "Qəbələ"nin U-14-ü 1/4 finalda mübarizəni dayandırıb. Famil Xəlilovun yetirmələri səfərdəki ilk matçda 2:1 hesabı ilə qalib gəlsə də, cavab oyununda 2:3 hesabı ilə uduzub.
U-13 isə 1/4 final səddini adlaya bilib. "Xəzər Lənkəran”la qolsuz sülh bağlayan Ülfət Məədtovun yetirmələri öz meydanında keçirdiyi cavab matçında qələbə qazanıb – 3:0. "Qırmızı-qaralar” U-12 Liqasında da yarımfinala yüksəlib. "Rəvan”la 1/4 finalın ilk matçında qolsuz heç-heçəylə kifayətlənən komanda rəqib meydanında keçirdiyi cavab matçında 4:3 hesabı ilə üstün olub.
U-19 Qızlar Liqasında çıxış edən "Qəbələ" XVIII turda "Təhsil FM” ilə görüşüb. 0:2 hesabı ilə uduzan "qırmızı-qaralar” 17 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
Xatırladaq ki, "Qəbələ”nin U-19, U-16, U-15 komandaları I, U-17 isə II yeri tutub. U-10 Liqasının finalına yüksələn "qırmızı-qaralar” isə "Neftçi” İK İB ilə görüşəcək.