"Real Madrid"in baş məşqçisi Zinəddin Zidan "Barselona"nın çempion olmasına münasibət bildirib. Sportnet.az-ın məlumatına görə, fransalı mütəxəssis Kataloniya təmsilçisindən cəmi 1 xal geri qalan komandasına görə fəxr etdiyini bildirib: "Qazandığımız uğura görə xoşbəxtəm və qürur duyuram. İndi dincəlmək lazımdır. 38 turdan sonra "Barselona"nın çempion olduğunu dəyişə bilmərik. Onlar bu titula layiq idilər. Etdiyimiz səylərdən sonra bir az məyusuq. İndi yalnız Çempionlar Liqasının finalı haqda düşünmək lazımdır. Kriştianu Ronaldunun fasilədə əvəzlənməsinə gəlincə, o, ayağından ağır zərbə almışdı".
Xatırladaq ki, madridlirlər son turda "Deportivo"nu səfərdə Ronaldunun dublu ilə 2:0 hesabı ilə məğlub edib.