1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ağadadaş Həmidov: "Komandanı meydandan çıxarmağım düzgün olmazdı"
"Xəzər Lənkəran"ın baş məşqçisi Ağadadaş Həmidov "Rəvan"la oyundan sonra mətbuat konfransı keçirib. Sportent.az-ın məlumatına görə, çalışdırıcı ilk olaraq matçı dəyərləndirdib.
- Bu gün futbolçulara sırf nəticəyə oynamaq tapşırığı olmuşdu. Ola bilər ki, baxımlı oyun göstərə bilmədik. Son şansımız vardı. Bundan istifadə etməli idik. Hər iki hissədə qol vurduq. İlk qolu öz səhvimizdən oldu. Penalti doğru deyildi. Fikirləşdim ki, bizim xeyrimizə cərimə zərbəsi, rəqibə simulyasiyaya görə sarı vərəqə veriləcək.
- Hakimlik hadda nə deyə bilərsiniz?
- Futbolçum mənə ağlaya-ağlaya dedi ki, hakim məni təhqir edirdi. Mən ona nə deyim? "Rəvan"ın futbolçusu hakimə yox, Tural Cəlilova demişdi ki, penalti yox idi.
- Penatidən sonra komandanı meydana çıxarmaq istəsəniz də, sonradan fikrindən daşındınız. Bəlkə fikrinizdə qalsaydınız, bu, AFFA-ya ən yaxşı cavab olardı...
- Fikrimcə, komandanı meydandan çıxarsaydım, düzgün olmazdı. Deyəcəkdirlər ki, canlı yayımda komandanı meydandan çıxardı.
- Tarixdə o qalır ki, "Xəzər Lənkəran" sizin rəhbərliyiniz altında birinci diviziona düşdü. Bu, sizi məyus etmir?
- Komanda bundan əvvəl "Neftçi" ilə kubok oyununu çıxmaq şərtilə qol da vura bilmirdi. Mənim vaxtımda isə vurdular. Əlimizin altında olan futbolçularla oynamağa məcbur idim. Futbol mütəxəssisləri yaxşı bilərlər ki, bu komanda ilə nəticə qazanmaq mümkün deyildi. Baş məşqçi postuna keçdiyimə görə peşman deyiləm.