
"İlk növbədə azarkeşlərimizə dərin təşəkkür edirəm. İllərdir bizimlədirlər. Düşünürəm ki, layiq olduğumuzu qazandıq". Sportnet.az-ın məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Azərbaycan Premyer Liqasında ardıcıl 3-cü qalibiyyəti şərh edən təcrübəli çalışdırıcı bu uğurla kifayətlənməyəcəklərini bildirib: "Əlbəttə, ardıcıl 3 dəfə çempion olmaq başqa hisslərdir. Ancaq yerimizdə durmamamlıyıq, əksinə, daha yaxşı nəticələr əldə etməyə çalışmalıyıq. Qismətimiz olsa, bu uğurların ardı gələcək. Bir daha hamını təbrik edirəm".