1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycan futbolunda son 13 ildə ən məhsuldar oyun
Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici komandaları arasında yarışın son turu rekordla əlamətdar olub. Sportnet.az-ın məlumatına görə, 13 qolun vurulduğu "Rəvan” – "Xəzər Lənkəran” matçı əvəzedicilərin çempionatları tarixinin ən məhsuldar görüşüdür.
Meydan sahiblərinin 9:4 hesabı ilə qalib gəldiyi oyunadək rekord əvəzedicilərin qərb derbisinə məxsus idi. Belə ki, "Kəpəz”in 1997/98 mövsümündə "Turan”ı 12:0 hesabı ilə məğlub etdiyi qarşılaşmada 12 qol qeydə alınmışdı.
Ümumiyyətlə isə "Rəvan” – "Xəzər Lənkəran” oyunu təxminən son 12 il yarım ərzində Azərbaycan futbolunun ən qollu oyunudur. Premyer Liqa, I divizion, əvəzedicilərin yarışı və Azərbaycan kuboku turnirlərinin hamısında baş tutan görüşlərə nəzər salsaq, ən azı 13 qolun qeydə alındığı son matç 2003-cü il oktyabrın 19-na təsadüf edib. Həmin vaxt kubokun 1/8 final mərhələsinin ilk matçında "Lider Qarabağ”la üz-üzə gələn "Şəfa” 14:0 hesabı ilə qalib gəlib.