1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Millimizin futbolçusu həvəskar komanda üçün ağladı - FOTOLAR
Azərbaycan milli komandasının futbolçusu Tuğrul Erat Almaniyanın "Fortuna" klubu ilə vidalaşıb. Sportnet.az-ın məlumatına görə, 23 yaşlı yarımmüdafiəçi karyerasını bu mövsüm II Bundesliqada çıxış etmiş "Duysburq"da davam etdirəcək.
Erat son oyununu "Kray"a qarşı keçirib. 6:3 hesabı ilə qalib gəldikləri oyunda o, komandasının 5-ci qolunu vurub. 71-ci dəqiqədə fərqlənən oyunçu 74-cü dəqiqədə meydanı göz yaşları və alqış sədaları altında tərk edib. O, yerini komanda yoldaşına verib.
Futbolçunun transferində Türkiyə I Liqasında çıxış edən "Altınordu" klubu maraqlı olub. Hətta Eratı öz bazasına dəvət edən klub onunla ilkin razılıq da əldə edib. Lakin ucaboy oyunçunun "Duysburq"la anlaşması xəbərindən sonra bu transfer alınmayıb.
Qeyd edək ki, "Duysburq" hazırda Almaniya II Bundesliqasını tərk etmə təhlükəsi ilə üzləşib. Mövsümü 16-cı pillədə başa vuran klub yerini qorumaq üçün "pley-off" mərhələsində III Bundesliqanın "Vurzburger Kikkers" klubunu üstələməlidir. Bu komandalar arasındakı ilk görüşdə "Vurzburger Kikkers" öz meydanında qalib olub - 2:0. Cavab qarşılaşması mayın 24-də keçiriləcək.