"Qəbələ” Azərbaycan Premyer Liqasında ilkə imza atıb. Sportnet.az-ın məlumatına görə, "qırmızı-qaralar” 1992-ci ildən keçirilən milli çempionatımızda ardıcıl 3 dəfə bürünc medalı qazanan ilk komanda olub.
Bunadək həmin əyarlı medal ən uzağı ardıcıl 2 dəfə qazanılmışdı. Bu, 1992-93-cü illərdə "Turan”la, 1999-2000-ci illərdə "Neftçi”, 2010-11-ci illərdə "Qarabağ”, 2012-13-cü illərdə "İnter”lə gerçəkləşmişdi.
Azərbaycan Premyer Liqası tarixində eyni komandanın ardıcıl 3 dəfə gümüş medal qazanması hələ ki olmayıb. Qızıl medal isə son illərdə baş verib. Belə ki, əvvəlcə "Neftçi” ardıcl 3 mövsüm çempion oldu. Bu, 2011-13-cü illərdə baş verdi. Bundan sonra esfateft "Qarabağ”a keçdi. Ağdam klubu ardıcıl 3-cü mövsümdür Premyer Liqnaın qalibi olur. Bunlar isə "Qəbələ”nin bürünc medal qazandığı mövsümlərə təsadüf edir. Yəni Qurban Qurbanovun komandası çempionluq qazananda, "qırmızı-qaralar” bir qayda olaraq 3-cü olur.