1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Xaqani Məmmədov biabırçı açıqlamasını geri götürdü
AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov Ramil Diniyevin "Rəvan"la "Xəzər Lənkəran" arasındakı Azərbaycan Premyer Liqasının XXXVI tur matçında penalti epizodu zamanı səhvə yol verdiyini etiraf edib. Sportnet.az-ın məlumatına görə, Məmmədov "Report"a verdiyi açıqlamada penaltinin haqlı olaraq, təyin olunduğu barədə dediyi sözləri geri götürüb.
O deyib: "Mən həmin oyun günü "Sumqayıt" - "Neftçi" matçında hakim-inspektor idim. Bu hadisədən xəbərdar olandan sonra Diniyevlə danışdım. O mənə dedi ki, müdafiəçinin rəqibin sinəsinə yumruqla vurduğunu gördüm və belə qərar verdim. Saatyarım sonra epizodu mənə göndərdilər, görüntülərə telefonla baxdım. Telefonda o qədər də ayırd eləmək olmadığından, hakimin də dediyini əsas götürəndən sonra mənə də elə gəldi ki, orada penalti idi. Ertəsi gün verdiyim müsahibənin ardından geniş tərkibdə, bir neçə yoldaşla birgə bütün rakurslardan çəkilən epizoda baxdıq və bizdə qayda pozuntusunun olmadığına əminlik yarandı. Fikir versəniz, futbolçular yanaşı qaçırlar, hakim isə onlarla üzbəüz dayanıb. Bu zaman Diniyev müdafiəçinin əlinin arxaya getməsini görür. Ona elə gəlir ki, rəqibə yumruğu ilə zərbə endirir. Hakim bir qədər sola çıxsaydı və dəhliz saxlasaydı, yəqin ki, bu qərarı verməzdi".
Məmmədovun sözlərinə görə, bu epizodu düzgün qiymətləndirmədiyi üçün referiyə iradlar bildiriləcək.