Azərbaycanda 2015/16 futbol mövsümünə Tofiq Bəhramov adına Respublika stadionunda yekun vurulur. Sportnet.az-ın məlumatına görə, bu, hazırda davam edən ölkə kuboku uğrunda "Qarabağ" - "Neftçi" finalıdır.
"Tofiq Bəhramov" bir vaxtlar "Neftçi"nin, son illərdə isə "Qarabağ"ın doğma stadionudur. Ancaq Ağdam klubu ötən mövsüm orada yalnız Avropa Liqanın qrup matçlarını keçirib. Mərkəzi arenanın qazonu "Qarabağ" tərəfindən dəyişidirilib və nəticədə bu il boş olub.
Respublika stadionunda son oyun ötən ilin noyabrın 26-da "Qarabağ" - Tottenhem" matçı olub. Oyun londonluların 1:0 hesablı qələbəsi ilə nəticələnib. Həmin oyundan 181 gün ötür.
Qurban Qurbanovun komandası mərkəzi arenada daxili yarışlarda son matçını 2014/15 mövsümündə çempionatda "Sumqayıt"la ev oyunu olub. Ağdamlılar mayın 16-da keçirilən həmin matçı sabiq legioneri Leroy corcun vurduğu qolla qalib gəlib - 1:0. Bundan az öncə - aprelin 25-də isə məhz "Neftçi" "Tofiq Bəhramov"da məğlub edilib - 3:2. "Qarabağ"dan yenə Leroy fərqlənib. Digər qolları vuranlar - Cavid Tağıyevlə makedoniyalı Muarem Muarem hazırda da heyətdədir. "Neftçi"nin isə kapitanı Araz Abdullayevlə çilili hücumçu Nikolas Kanales indi də komandadır. Əvəzində qırmızı vərəqə alan braziliyalı müdafiəçi Karlos Kardoso artıq "ağ-qaralar"da deyil.