Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən Azərbaycan Kubokunun final oyunlarda maraqlı tendensiya yaranıb. Sportnety.az-ın məlumatına görə, mərkəzi arenada artıq 4-cü finaldır 90 dəqiqədə qalib müəyyənləşmir. Özü də bunu 3-ü "Neftçu” olub.
"Qarabağ"la qolsuz bərabərliyə qaıan "ağ-qaralar” 2013-cü ildə "Xəzər Lənkəran”la həmin hesabla nəticəyə imza atıb. "Neftçi” 3 il öncə cənub klubunu oyunsonrası penaltilərdə 5:4 hesabı ilə məğlub edib. Bundan 1 il sonra isə "ağ-qaralar" "Qəbələ” ilə 1:1 hesablı bərabərliyə qalıb, 11 metrlik cərimə zərbələrdə 3:2 hesablı qələbəyə sevinib.
Daha öncə isə 2010/11 mövsümündə "Xəzər Lənkəran” – "İnter” matçında qalib əsas vaxtda müəyəynləşməyib. Oyunsonrası penaltilərdə cənublular 4:2 hesablı qələbəyə sevinib. Maraqlıdır ki, həmin finalı da hazırkı baş hakim Fariz Yusifov idarə edib. Onun baş hakimi olduğu 2004/05 mövsümündə də qalib 90 dəqiqədə bilinmıyib. Sadəcə, onda "Bakı" - "İnter" finalının taleyinə əlavə vaxtda aydınlıq gəlib – 2:1.
Göründüyü kimi, Yusifovun 3-cü finalında da mübarizə əlavə vaxta qalıb. 2010-cu ildə də 80 dəqiqədə qalib bilinmıyib. Belə ki, "Bakı” "Xəzər Lənkəran”ı (1:1) əlavə vaxtda 2:1 hesabı ilə məğlub edib.
Son olaraq 90 dəqiqədə kubokun qalibi 2009-ci ildə müəyənləşib. Maraqlıdır ki, onda "Qarabağ” "İnter”i 1:0 hesanı ilə yenib. Bu, Qurban Qurbanovun nəinki debüt mövsümü olan "Qarabağ”da, ümumiyyətlə, məşqçi kimi ilk titulu olub.