Azərbaycan milli komandasının qapıçısı Səlahət Ağayevlə yollarını ayıran "Sumqayıt" klubu "Qarabağ"da çıxış edən Fərhad Vəliyevlə anlaşıb. Sportnet.az-ın məlumatına görə, bu barədə "Report"a klubdan bildirilib.
Artıq 36 yaşlı əlcək sahibi ilə anlaşma əldə olunub və həftə ərzində 1 illik müqaviləyə qol çəkiləcək.
Hazırda milli komandanın heyətində Avstriyada təlim-məşq toplanışında olan S.Ağayev isə paytaxtda qayıtdıqdan sonra "İnter"lə müqavilə imzalayacaq.