Bakının "İnter" klubu yeni mövsüm üçün heyətini gücləndirməkdə davam edir. Sportnet.az-ın məlumatına görə, komanda 11 futbolçu ilə münasibətləri rəsmiləşdirib.
Ötən mövsümü müxtəlif komandalarda keçirmiş Səlahət Ağayev, Slavik Alxasov, Samir Zərgərov, Tərlan Quliyev, Ağabala Ramazanov və Pərdis Fərcad-Azad
Denis Silva Kruz, İlkin Qırtımov, Abbas Hüseynov, Elnur Abdullayev və Rauf Əliyevlə yeni müqavilələr imzalanıb. Müqavilələr yeni mövsümün sonunadək nəzərdə tutulub. Əvəzində Kamran Ağayev, Elşən Poladov və Vüqar Nadirov göndərilib.
Qeyd edək ki, bundan öncə Şahin Zəkiyev, Sərtan Taşkın, Aqşin Quluzadə, Mirhüseyn Seyidov və Nizami Hacıyevlə müqavilə imzalanıb.