
Rusiya "Spartak”ı "Neftçi”nin kapitanı Araz Abdullayevlə maraqlanır. Bu haqda Sportnet.az-a "Neftçi”nin Müşahidə Şurasının üzvü Səməd Qurbanov məlumat verib.
Onun sözlərinə görə, Rusiyanın ən titullu klubunun nümayəndələrinin bu məqsədlə Bakya səfər ediblər: "Spartak”ın nümayəndələri Arazın oyununa baxmaq üçün paytaxımızla gəliblər. Məndə olan məlumata görə, onlar Azərbaycan Kubokunun finalında "Qarabağ” – "Neftçi” matçını Respublika Stadionundan izləyiblər. Əlbəttə, seçim ilk növbədə futbolçunun özünə məxsusdur. Ancaq biz gənc futbolçularımızı buraxmaq istəməzdik. Onların "Neftçi"də çıxışlarını davam etdirmələrini arzulayırıq”.
Qeyd edək ki, Araz Abdullayev vaxtilə İngiltərənin "Everton” və Yunanıstanın "Panionis” klublarında legioner həyatı yaşayıb.