Qarşıdakı mövsüm üçün transfer çalışmalarını davam etdirən "Kəpəz” heyətinə yeni futbolçular qatıb. Sportnet.az-ın məlumatına görə, Gəncə klubu 5 oyunçu ilə güclənib.
Belə ki, "Rəvan”dan Novruz Məmmədov, "Xəzər Lənkəran”dan Vüqar Bəybalayev ilə Tural Qürbətov, "Zirə”dən Nicat Qurbanov və "Ağsu”dan Davud Kərimi Nizami yurdunun təmsilçisinə keçib. Sonuncu 2014/2015 mövsümündə "Kəpəz" birinci divizonda çıxış edərkən ilk dövrədə heyətdə olub.
Adı çəkilən bütün futbolçularla bir illik müqavilə imzalanıb.
Xatırladaq ki, bu futbolçulardan Qurbanov Premyer Liqadnın gümüş medalçısı olub. Ancaq "Zirə" avrokuboklara çıxış edə bilmədiyi halda, "Kəpəz" Avropa Liqasında ölkəmizi təmsil edəcək.















































































