1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
PFL prezidenti Premyer Liqaya buraxmağa hazır olduğu komandaları açıqladı
"Hazırda birinci diviziondan heç bir komandanın sənədləri hazır deyil.
Buna görə AFFA aşağı liqa komandasına lisenziya verməyib. Ancaq bildiyiniz kimi, biz həmişə klublarımıza çempionatda iştirak etməyə şans vermişik”.
Sportnet.az-ın məlumatına görə, bu fikirləri Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev "Xəzər TV”də "Futbol saatı” verilişində bildirib.
O, Premyer Liqada əyalət təmsilçisinin sayının atması naminə güzəştə getməyə hazır olduqlarını rəsmən bəyan edib: "Nə qədər Premyer Liqada komanda sayı çox olarsa, həm çempionat maraqlı keçər, yerli futbolçuların sayını artar, həm də hər birimizin məqsədi olan milli komandaya layiqli futbolçu vermək reallaşar. Say azalarsa, hardan milliyə oyunçu verərik? Mən sizin efirdən bəyan edirəm ki "Zaqatala", "Turan Tovuz", İmişlinin "Mil-Muğan" klubunu və bərpa olunmasını istədiyim Yevlaxın "Karvan" klubunu birbaşa Premyer Liqaya buraxıram. Mən bütün cinayəti boyuma alıram, bu komandaları buraxmağa hazıram. Gəlsinlər Premyer Liqaya".