
Bu gün Səbail Rayon Məhkəməsində ann.tv saytının əməkdaşı Rasim Əliyevin döyülərək öldürülməsi işi üzrə həbs edilən "Qəbələ" klubunun sabiq kapitanı Cavid Hüseynovun cinayət işi üzrə məhkəməsi başa çatıb. Sportnet.az-ın "Report"a istinadən məlumatına görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə C.Hüseynov 4 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, prokuror çıxışında C.Hüseynovun 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.