1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Simurq"un sabiq baş məşqçisi millisini tənqid etdi
"Simurq"un rusiyalı sabiq baş məşqçisi Sergey Yuran öz milli komandasını tənqid edib. Sportnet.az-ın məlumatına görə, 47 yaşlı mütəxəssis bir vaxtlar şərəfini qoruduğu yığmaya mənfi qiymət verib.
Onun sözlərinə görə, şimal qonşularımız Avro-2016-nın final mərhələsində uğurlu çıxış edə bilməyəcəklər: "Mən hələ təlim-məşq toplanışının başlanmasınadək heç bir illüziyaya qapılmamışdım. Real şeylər də var, virtual şeylər də. Hazırkı mərhələdə yığmamızda, ola bilsin, 5-6 futbolçu var ki, Avropa çempionatının final mərhələsinin tələblərinə cavab verir. Yükləmələr haqda tez-tez danışılır. Biz həmişə özümüzə haqq qazandırmağa səbəb axtarırıq. Fikrimcə, Çexiya və Serbiya yığmaları ilə oyunların nəticələri mənfidir. Emosional vəziyyət müsbət olmalıdır".
Xatırladaq ki, Rusiya millisi final mərhələsində İngiltərə, Uels və Slovakiya yığmaları ilə bir qrupda yer alıb.