1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
AVRO-2016: Rəmzi yığma müəyyənləşdi
UEFA bütün Avropa çempionatlarının rəmzi yığma komandasını müəyyənləşdirib. Sportnet.az-ın məlumatına görə, heyətdə yer alan 11 futbolçudan 5-i hazırda da karyerasını davam etdirən, 6-sı futbolçu kimi çıxışını başa vuranlardır.
Həmin 5 oyunçudan 3-ü AVRO-2016-nın iştirakçısı olacaq. Bunlar İtaliya və Portuqaliya yığmalarının kapitanları olan Canluicci Buffonla Kriştianu Ronaldu, habelə İspaniya millisinin liderlərindən olan Andres İnyestadır.
SSRİ yığmasından sərvermədə qapıçı Lev Yaşinlə hücumçu Valentin İvanov iştirak etsılər də, onlardan heç biri yekun heyətə düşməyib.
Avropa çempionatlarının rəmzi yığması
Canluicci Buffon ("Yuventus", İtaliya) - Paolo Maldini (İtaliya), Frants Bekkenbauer (Almaniya), Karles Puyol (İspaniya), Filipp Lam ("Bavariya", Almaniya) - Andres İnyesta ("Barselona", İspaniya), Andrea Pirlo ("Nyu-York Siti", İtaliya), Zinəddin Zidan (Fransa) - Tyerri Anri (Fransa), Marko van Basten (Hollandiya), Kriştianu Ronaldu ("Real Madrid", Portuqaliya)