Nigeriya milli komandasının sabiq baş məşqçisi Şaibu Amodu dünyasını dəyişib. Sportnet.az-ın məlumatına görə, son vaxtlar millidə texniki direktor olan nigeriyalı mütəxəssis 58 yaşında vəfat edib. O, gecə yatarkən ölüb.
Amodu bir neçə dəfə işlədiyi millisini 2002-ci və 2010-cu il dünya çempionatlarına çıxarıb. O, Nigeriyada yeganə mütəxəssis idi ki, yığmaya 2 mundiula vəsiqə qazandırıb. Berti Foqts 2008-ci ilin aprelində Azərbaycan milli komandasının baş məşqçis postuna gəlişindən sonra onu Nigeriya millisində məhz Amodu əvəzləmişdi.
Xatırladaq ki, bu yığmanın digər sabiq baş məşqçisi Stiven Keşi yaxında ürək dayanmasından vəfat edib.