
"Sevilya"nın baş məşqçisi Unai Emeri istefa verib. Sportnet.az-ın məlumatına görə, kluba son 3 ildə Avropa Liqasına qazandıran təcrübəli ispaniyalı mütəxəssis ös istəyi ilə postundan gedib. "Sevilya" bununla bağlı artıq rəsmi məlumat yayıb.
Klubla olan 1 illik müqaviləsini pozan Emerinin karyerasını Fransada, çempion PSJ-də davam etdirəcəyi gözlənilir.
"Sevilya"nın yeni baş məşqçisi isə Xorxe Sampaoli olacaq. Çili yığmasının sabiq çalışdırıcısı İspaniyada işləməyə razılıq verib. Argentinalı mütəxəssis danışıqlar aparmaq üçün Sevilayaya gələcək. Müqavilə ya 2 illik, ya da "1+1" şərti ilə olacaq.
Xatırladaq ki, Emeri 2013-cü ilin yanvarından "Sevilya"nı çalışdırırdı.