1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ramin Musayev: "8 komandalı çempionat PFL-in işinə yaradı"
"Açığı, İslam Həmrəyliyi Oyunları ilə əlaqədar növbəti mövsümə 2017-ci il mayın 1-dək yekun vurmalıyıq. Bu mənada deyərdim ki, Premyer Liqanın 8 komanda ilə keçirilməsinə dair qərar bizim işimizə yaradı". Sportnet.az-ın məlumatına görə, bunu Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev AFFA İcraiyyə Komitəsinin növbəti mövsümlə bağlı qərarını şərh edərkən deyib.
Lakin o, heç bir çətinlikdən çəkinmədiklərini bildirib: "8 ildir çempionatı keçiririk. Bu günədək heç bir problemimiz olmayıb, ola da bilməz. Lakin oyun sayının azalması, sözsüz ki, klublara təsirsiz ötüşməyəcək. Milli komandanın əvvəlki baş məşqçisinin vaxtında təqvimdə dəyişikliklə bağlı onun nazı ilə oynamağa məcbur idik. İndiki baş məşqçi isə əvvəlkinə nəzərən insaflıdır və bir-birimizi başa düşə bilirik".