"Neftçi” əsas qapıçısı Aqil Məmmədovla yollarını ayırıb. Sportnet.az-ın məlumatına görə, bu barədə apasport.az-a qolkiper özü açıqlama verib.
27 yaşlı oyunçu paytaxt təmsilçisi ilə başa çatan müqavilə müddətini uzatmamaq qərarına gəlib: "Rəhbərlik yeni müqavilə təklif etdi. Amma şərtləri məni qane etmədi. Bu səbəbdən də yollarımızı ayırmağı məqsədəuyğun bildik. Karyeramı harda davam etdirəcəyimi isə hələ bilmirəm. Çünki "Neftçi”dən yeni ayrılmışam”.
Milli komandamızın üzvü yay fasiləsində bakılılarla vidalaşan ikinci oyunçu olub. Ona qədər paraqvaylı yarımmüdafiəçi Erik Ramos vətəninə dönmüşdü.
Qeyd edək ki, 2015-ci ilin yanvarında "Bakı”dan "Neftçi”yə keçən Aqil Məmmədov ötən mövsüm Premyer Liqada 28 oyunda iştirak edib.