1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Xorvatiyanın baş məşqçisi: "Sərxoş olana qədər içəcəyik"
Avropa çempionatının D qrupunda mübarizə aparan Xorvatiyanın baş məşqçisi Ante Çaçiç Çexiya ilə oyunöncəsi maraqlı açıqlama verib. Sportnet.az-ın məlumatına görə, 63 yaşlı mütəxəssis qrupda ikinci qələbələrini qazanacaqları təqdirdə sərxoş olana qədər içəcəklərini bildirib.
A.Çaçiç komandasına güvəndiyini söyləyib: "Futbolçularıma inanıram. Çexiyanı məğlub etsək, bu qələbəni qeyd edəcəyik. Üstəlik sərxoş olana qədər içəcəyik".
Çexiya ilə oyunda əldə olunacaq 3 xal xorvatların növbəti mərhələyə vəsiqə qazanmasını təmin edəcək. Xorvatiya hazırda İspaniya yığması ilə eyni - 3 xala sahibdir. Komanda ilk oyunda Türkiyə üzərində 1:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, Çexiya - Xorvatiya oyunu iyunun 17-də keçiriləcək. Maçtın start fiti Bakı vaxtı ilə saat 20:00-da səslənəcək.